Azərbaycana avtomobil idxalı 35%-dən çox artıb

Azərbaycana avtomobil idxalı 35%-dən çox artıb Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 3 483 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi idxal olunub
Biznes
10 İyul , 2017 10:32
Azərbaycana avtomobil idxalı 35%-dən çox artıb

Bakı. 10 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 3 483 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 910 ədəd və yaxud 35,4% çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu avtomobillərin idxalı 16 ədəd və yaxud 41% artaraq 55, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu avtomobillərin idxalı 749 ədəd və yaxud 33,7% artaraq 2 971, yük avtomobillərinin idxalı 164 ədəd və yaxud 65,1% artaraq 416, xüsusi təyinatlı motorlu avtomobillərin idxalı isə 19 ədəd və yaxud 31,7% azalaraq 41 olub. 

Son xəbərlər

Orphus sistemi