Azərbaycan yanvarda Türkiyədən meyvə-tərəvəz idxalını 16% artırıb

Azərbaycan yanvarda Türkiyədən meyvə-tərəvəz idxalını 16% artırıb Bu ilin yanvar ayında Türkiyə Azərbaycana 692,8 ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları ixrac edib.
Biznes
4 Fevral , 2022 16:04
Azərbaycan yanvarda Türkiyədən meyvə-tərəvəz idxalını 16% artırıb

Bu ilin yanvar ayında Türkiyə Azərbaycana 692,8 ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları ixrac edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% çoxdur.

Ötən ay Türkiyənin ümumi meyvə və tərəvəz məhsulları ixracının dəyəri isə illik müqayisədə 33,6% çox – 173,305 milyon dollar təşkil edib. Qonşu ölkənin meyvə və tərəvəz məhsullarının ən böyük idxalçıları ABŞ (30,577 milyon dollar, 62,7%), Almaniya (23,758 milyon dollar, 22,3% çox) və İraq (18,836 milyon dollar, 63,2% çox) olub.

Son xəbərlər

Orphus sistemi