Azərbaycan yanvarda Türkiyədən 3,5 milyon dollarlıq geyim alıb

Azərbaycan yanvarda Türkiyədən 3,5 milyon dollarlıq geyim alıb Bu ilin yanvar ayında Türkiyə Azərbaycana 3,541 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib.
Biznes
4 Fevral , 2022 15:04
Azərbaycan yanvarda Türkiyədən 3,5 milyon dollarlıq geyim alıb

Bu ilin yanvar ayında Türkiyə Azərbaycana 3,541 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,4% çoxdur.

Ötən ay Türkiyənin ümumi geyim ixracının dəyəri isə illik müqayisədə 5,5% çox – 1 596,441 milyon dollar təşkil edib. Qonşu ölkənin geyiminin ən böyük idxalçıları Almaniya (323,1 milyon dollar, 7,3% çox), İspaniya (180,2 milyon dollar, 4,9%) və Hollandiya (146,657 milyon dollar, 5,1% çox) olub.

Son xəbərlər

Orphus sistemi