Azərbaycan yanvarda avtomobil idxalını 7% artırıb

Azərbaycan yanvarda avtomobil idxalını 7% artırıb 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı isə azalıb
Biznes
16 Fevral , 2017 16:05
Azərbaycan yanvarda avtomobil idxalını 7% artırıb

Bakı. 16 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Azərbaycana 469 ədəd avtomobil idxal olunub. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 ədəd yaxud 7,32% çoxdur.

Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 420-si və yaxud 89,55%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 19 ədəd yaxud 4,74% artıb.

Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2 ədəd yaxud 40% azalaraq 3, yük avtomobillərinin idxalı 15 ədəd yaxud 57,69% artaraq 41 olub.

Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə dəyişməyib və ötən ilin yanvarında olduğu kimi 5 ədəd təşkil edib.

Son xəbərlər

Orphus sistemi