Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Xorvatiyada keçirilən "ViroExpo 2016" iqtisadiyyat, sənətkarlıq və kənd təsərrüfatı beynəlxalq sərgisində iştirak edib.
Xorvatiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, sərgi pavilyonununda ölkənin tarixi, turizm potensialı barədə ətraflı məlumat verilib, suvenirlər, incəsənət nümunələri təqdim edilib.
Eyni zamanda, Azərbaycan haqqında demonstrativ video təqdim olunub.
Qeyd edək ki, sərgidə dünyanın 700-dən çox şirkəti iştirak edib.


