Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Avropa İttifaqının nümayəndəsi ilə görüş keçirilib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Avropa İttifaqının nümayəndəsi ilə görüş keçirilib Bakı. 26 yanvar. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub.
Biznes
26 Yanvar , 2018 15:33
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Avropa İttifaqının nümayəndəsi ilə görüş keçirilib
Acsc.az

Bakı. 26 yanvar. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub.

Gəmiçilikdən “Report”a verilən məlumata görə, səfir görüşdə Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktorunun Azərbaycana səfərinin bu günlərdə baş tutacağı haqqında  məlumat verib. 

Diplomat təmsil etdiyi Təşkilatın Azərbaycanla bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Bu gün Azərbaycanın bölgədə mühüm nəqliyyat qovşağına çevrildiyini bildirən səfir Gəmiçiliyin bu qovşaqdakı fəaliyyəti ilə maraqlanıb.

Səhmdar cəmiyyətin sədri Rauf Vəliyev isə şirkətin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, Gəmiçilik qarşısında qısa, orta və uzunmüddətli hədəflər qoyub və onları reallaşdırmağa çalışır. Qonağın diqqətinə çatdırılıb ki, neft və nəqliyyat donanmaları olan Gəmiçiliyin hazırda Xəzərdən kənar sularda Azərbaycan bayrağı altında 13 gəmisi üzür. Şirkətin şəffaf fəaliyyətinin əsas prioritet olduğunu deyən sədr beynəlxalq audit şirkəti olan “Ernst & Young”ın illik maliyyə hesabatlarının internetdə hər kəs üçün açıq olduğunu bildirib. R.Vəliyev Gəmiçiliyin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrunda oynadığı roldan, onun tranzit imkanlarından da danışıb.

Sonda səhmdar cəmiyyətin sədr müavini Fərhad Quliyev Gəmiçiliyin fəaliyyətini əks etdirən təqdimatla çıxış edib.

Son xəbərlər

Orphus sistemi