“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” tələbələrə əlavə təqaüd verəcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” tələbələrə əlavə təqaüd verəcək Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Akademiyasında və Akademiyanın nəzdində fəaliyyət göstərən Dənizçilik Kollecində əyani təhsil alan və təhsilində yüksək nəticələr göstərən tələbələrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hesabına əlavə təqaüd veriləcək.
Biznes
20 Aprel , 2018 15:36
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” tələbələrə əlavə təqaüd verəcək

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Akademiyasında və Akademiyanın nəzdində fəaliyyət göstərən Dənizçilik Kollecində əyani təhsil alan və təhsilində yüksək nəticələr göstərən tələbələrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hesabına əlavə təqaüd veriləcək.

Gəmiçilikdən “Report”a verilən məlumata görə, bununla bağlı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xüsusi qaydalar hazırlanıb və təsdiqlənib.

Qaydalara əsasən, bu imkandan yalnız Azərbaycan vətəndaşları olan tələbələr yararlana biləcəklər.

Təqaüd tələbələrin yüksək müvəffəqiyyət göstəricilərinə əsasən veriləcək. Belə ki, imtahan sessiyasının nəticələrinə görə, hər bir fənn üzrə göstəricisi 91 baldan az olmayan, başqa sözlə, bütün fənlər üzrə 91-100 bal toplayan tələbələrə AXDG QSC tərəfindən hər ay 100 manat təqaüd ödəniləcək.

ADDA-ya 550 və ondan yüksək balla yeni qəbul olmuş tələbələr də həmin siyahıya daxil edilir və birinci tədris ilinin birinci semestrində onlara da təqaüd verilir. Sözügedən tələbələrə növbəti dövrlərdə təqaüd verilib-verilməməsi məsələsi imtahan sessiyasının nəticələrinə əsasən, müəyyənləşdiriləcək.

Digər tərəfdən, tələbənin müvafiq semestr ərzində hər hansı fənn üzrə göstəricisi 91 balddan az olduqda, tələbə imtahan sessiyasına buraxılmadıqda, şiddətli töhmət aldıqda, ADDA və Kollecdən xaric olunduqda, təqaüd dayandırılacaq.

Bununla belə, istehsalat təcrübəsi və tətil müddətlərində işləyib-işləməmələrindən asılı olmayaraq tələbələrin təqaüd alma hüquqları saxlanılacaq. Hamiləliklə, doğuşla əlaqədar və müvəqqəti əmək qabiliyyətini itirmiş tələbələrə səhiyyə müəssisələrinin verdiyi xəstəlik vərəqəsinə əsasən müəyyən olunmuş müddətdə təqaüd tam həcmdə ödəniləcək.

Ümumiyyətlə, qaydalara əsasən, təqaüd verilərkən tələbələrin dövlət hesabına və ya ödənişli əsaslarla təhsil almalarına fərq qoyulmayacaq. Həmçinin bu təqaüdlərin təyin edilməsi tələbələrə dövlət tərəfindən təsis edilən təqaüdlərin verilməsini dayandırmır. 

Son xəbərlər

Orphus sistemi