Azərbaycan “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində iştirak edir

Azərbaycan “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində iştirak edir Sentyabrın 14-dək davam edəcək sərgidə 65 ölkədən 1 500-dən çox şirkətin məhsulları nümayiş olunacaq
Biznes
11 Sentyabr , 2017 12:26
Azərbaycan “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində iştirak edir

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın ekskluziv partnyor olduğu XXVI “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisi işə başlayıb. Sentyabrın 14-dək davam edəcək sərgidə 65 ölkədən 1 500-dən çox şirkətin məhsulları nümayiş olunacaq.

İqtisadiyyat Nazirliyindən "Report"a daxil olan məlumata görə, Azərbaycan ilk dəfə olaraq “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisinin yeganə ekskluziv partnyorudur. Sərgidə Azərbaycanın 30-dan çox ixracatçı şirkətinin məhsulları növbəti dəfə vahid ölkə stendi ilə nümayiş olunacaq. Vahid Azərbaycan stendində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə yerli şirkətlərin istehsal etdiyi meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qida məhsulları təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycanın “Worldfood Moscow”un yeganə ekskluziv partnyoru olması sərginin açılış mərasimindəki banerlerdə, sərginin internet səhifəsində və sərgi bələdçisində, ziyarətçilərə paylanan promo məhsullarda və bədclərdə qeyd olunub. Sərgi zamanı ziyarətçilərin qeydiyyat zonasında sərginin partnyor ölkəsi - Azərbaycan haqqında məlumat veriləcək, sərgiyə dair bütün xəbərlərdə ölkəmizin sərginin ekskluziv partnyor ölkəsi olması diqqətə çatdırılacaq.

Sərginin ilk günü - sentyabrın 11-də Azərbaycan stendinin tədbirdə iştirak edən müxtəlif ölkələrin nümayəndə heyəti rəhbərləri tərəfindən ziyarət olunması, ölkənin biznes və investisiya mühitinin, Azərbaycan mətbəxinin, milli musiqinin və rəqslərin təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliği məqsədi ilə “Worldfood Moscow” sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

Son xəbərlər

Orphus sistemi