Azərbaycan və Türkiyə gömrük orqanları qarşılıqlı əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Türkiyə gömrük orqanları qarşılıqlı əməkdaşlığı inkişaf etdirir Görüşün sonunda türkiyəli həmkarlara "Zəfər Salnaməsi" adlı kitab və "Qarabağ Azərbaycandır" nişanlı medalyon hədiyyə edilib
Biznes
147
13 Yanvar , 2022 17:30
Azərbaycan və Türkiyə gömrük orqanları qarşılıqlı əməkdaşlığı inkişaf etdirir

Azərbaycan gömrüyü müasir texnologiyalardan istifadə etməklə ticarət yolları üzərində səmərəli nəzarət sistemini formalaşdırıb. Azərbaycan gömrük orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-2021-ci illər ərzində 6 ton 523 kq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyədən çıxarıldığı, o cümlədən 2021-ci ildə 3 ton 43 kq narkotik vasitə və psixotrop maddənin gömrük sərhədindən keçirilməsinin qarşısının alınıb.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu fikirlər Azərbaycanın Türkiyədıki səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi (gömrük attaşesi) Əliqulu Cəfərov Ankara şəhərində, Türkiyənin Ticarət Nazirliyinin Gömrük Mühafizə Xidməti İstihbarat Baş İdarəsinin rəisi Oğuz Serkant Akın, Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi Osman Yıkım, Layihə və Texniki Sistemlər Baş İdarəsinin rəisi Adnan Akgöz ilə keçirilən görüş zamanı səslənib.

Bildirilib ki, Türkiyə gömrükçüləri Azərbaycan gömrük organlarının narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirib və birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin önəmini bildiriblər.

İki qardaş ökənin yüksələn xətlə inkişaf edən əlaqələrinin vurğulandığı görüşdə qeyd edilib ki, istər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə Türkiyənin Azərbaycana güclü siyasi və mənəvi dəstəyi ökələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir.

Ötən il Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin İzmir şəhərində türkiyəli həmkarı ilə keçirdiyi görüşün qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib, eləcə də səfər çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərləri arasında imzalanan sənədin ökələrimiz arasında ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və regional iqtisadi inteqrasiyaya yardım edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Sonra cinayətkar qrupların narkotik vasitə və psixotrop maddələrin dövlət sərhədindən keçirilməsində istifadə etdikləri forma, üsul və metodlar, həmçinin gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı məlumat mübadiləsinin aparılması haqqında müzakirələr keçirilib.

Görüşün sonunda türkiyəli həmkarlara "Zəfər Salnaməsi" adlı kitab və "Qarabağ Azərbaycandır" nişanlı medalyon hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi