Azərbaycan və Sankt-Peterburq arasında əməkdaşlığa dair Yol Xəritəsi hazırlanıb

Azərbaycan və Sankt-Peterburq arasında əməkdaşlığa dair Yol Xəritəsi hazırlanıb Azərbaycan və Sankt-Peterburq arasında 2024-2028-ci illər üzrə ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə Yol Xəritəsinə dair fikir mübadiləsi aparılıb.
Biznes
19 fevral 2024 14:45
Azərbaycan və Sankt-Peterburq arasında əməkdaşlığa dair Yol Xəritəsi hazırlanıb

Azərbaycan və Sankt-Peterburq arasında 2024-2028-ci illər üzrə ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə Yol Xəritəsinə dair fikir mübadiləsi aparılıb.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Azərbaycan və Sankt-Peterburq arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, Sankt-Peterburq hökumətinin üzvü - Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryevlə görüşümüzdə iqtisadi gündəliyin genişləndirilməsi üçün perspektivləri müzakirə etdik”, – E.Əliyev qeyd edib.

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, Y.Qriqoryevlə görüşdə Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Tərəflər dost və qonşu olan ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiyanın regionları ilə, o cümlədən Sankt-Peterburqla işgüzar münasibətlər genişlənir. Azərbaycan və Sankt-Peterburq arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya biznes dairələrinin səylərininin əlaqələndirilməsi, potensial əməkdaşlıq üçün imkanların dəyərləndirməsi baxımından səmərəli platformadır.

Bildirilib ki, ötən dövr ərzində turizm, təhsil, idman sahələrində əməkdaşlıqla bağlı mühüm işlər görülüb, bununla belə iqtisadi gündəliyin genişləndirilməsi üçün perspektivlər var. Tərəflər bu istiqamətdə fikir mübadiləsi aparıb, iqtisadi-ticarət, innovasiya, KOB, gəmiqayırma, kənd təsərrüfatı, humanitar, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələlərini, Azərbaycan və Sankt-Peterburq arasında 2024-2028-ci illər üzrə ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə Yol Xəritəsini müzakirə ediblər. Görüşdə həmçinin Azərbaycan və Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın növbəti iclasının cari ilin 2-ci rübündə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə edilib.

Son xəbərlər

Orphus sistemi