Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, AZPROMO-nun rəhbəri Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi, qeyri-neft məhsullarının ixracı, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi istiqamətində görülən işlər barədə məlumat verib, bu ilin fevral ayında Agentliklə Misir Ticarət və Sənaye Nazirliyi arasında Bakıda imzalanmış anlaşma memorandumu çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb.
Səfir ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirib, bu sahədə iş adamlarının rolunu qeyd edib.
Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndiriılməsi, biznes dairələri arasında əlaqələrin inkişafı istiqəmətləri barədə fikir mübadiləsi aparılıb.