Azərbaycan və İran arasında ticarət asanlaşdırılacaq

Azərbaycan və İran arasında ticarət asanlaşdırılacaq Azərbaycan və İran Preferensial Ticarət Sazişi ilə bağlı ekspertlər səviyyəsində  ilk onlayn görüş keçirib.
Biznes
869
16 Sentyabr , 2020 11:44
 Azərbaycan və İran arasında ticarət asanlaşdırılacaq

Azərbaycan və İran arasındakı Preferensial Ticarət Sazişi ilə bağlı ekspertlər səviyyəsində ilk onlayn görüş keçirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin Xarici İşlər Nazirliiklərinin nümayəndələri, həmçinin iqtisadçı-ekspertlər iştirak ediblər. 

Tərəflər iqtisadi əlaqələri dərinləşdirməklə bağlı siyasi iradə nümayiş etdiriblər. Görüşlərin növbəti mərhələsi yaxın gələcəkdə keçiriləcək. Məqsəd yeni müqavilənin mətnini hazırlamaqdır. 

Azərbaycan və İran keçən il bu ölkənin prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı güzəştli ticarət razılaşması əldə etməyə hazır olduqlarını bildiriblər. Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və yaxud ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır. 

Son xəbərlər

Orphus sistemi