Azərbaycan və İtaliya investisiyaların təşviqi və qorunması haqqında yeni saziş imzalayacaq

Azərbaycan və İtaliya investisiyaların təşviqi və qorunması haqqında yeni saziş imzalayacaq Bakı. 4 oktyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini ilə görüşüb.
Biznes
4 Oktyabr , 2018 14:13
Azərbaycan və İtaliya investisiyaların təşviqi və qorunması haqqında yeni saziş imzalayacaq
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini ilə görüşüb.

“Report” İqtisadiyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə nazir ölkələr arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib. 

Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair fikirlərini bildirən Ş.Mustafayev Azərbaycanda 95 İtaliya şirkətinin qeydiyyatdan keçdiyini, bu şirkətlərin dövlət əsaslı 41 podrat layihəsində iştirak etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, İtaliya Azərbaycanının əsas ticarət tərəfdaşıdır və ixracda 1-ci yerdədir.

Hazırda Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni saziş layihəsi, ölkələr arasında energetika, infrastruktur, logistika, dəmir yolları, aqrar sənaye, neft-kimya və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan birgə Fəaliyyət Planı üzərində iş aparılır. Azərbaycan və İtaliyanın enerji sahəsində uğurla əməkdaşlıq etdiyini və bu sahədə birgə layihələr həyata keçirildiyini diqqətə çatdıran Şahin Mustafayev Azərbaycanın qeyri-neft sektoru sahəsində İtaliya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, infrastruktur, energetika, turizm, kənd təsərrüfatı, nəqliyyat, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.

A.Massarini isə yüksək səviyyəli qarşılıqlı səfərlərin uğurlu olduğunu vurğulayıb, səfərlər zamanı digər sahələr kimi, qeyri-neft sektoru sahəsində də əməkdaşlığın inkişafına dair müzakirələrin aparıldığını qeyd edib. Səfir İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə layihələr reallaşdırmaqda maraqlı olduqlarını diqqətə çatdıraraq, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Son xəbərlər

Orphus sistemi