Azərbaycan və İran gömrükçüləri arasında növbəti görüş keçirilib

Azərbaycan və İran gömrükçüləri arasında növbəti görüş keçirilib Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan və İran gömrük orqanlarının nümayəndə heyətləri arasında görüş bu gün İranın Astara şəhərində davam etdirilib.
Biznes
28 Fevral , 2019 12:48
Azərbaycan və İran gömrükçüləri arasında növbəti görüş keçirilib

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan və İran gömrük orqanlarının nümayəndə heyətləri arasında görüş bu gün İranın Astara şəhərində davam etdirilib.

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, görüşdə əsas məqsəd "BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyası (BYD Konvensiyası, 1975-ci il) ilə tənzimlənən prosedurlar çərçivəsində iki ölkə arasında tranzit əməliyyatlarının tam elektronlaşdırılmasını nəzərdə tutan "e-TIR Pilot" layihəsini müzakirə etmək olub.

Danışıqlarda Azərbaycan tərəfiən DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev, Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev, həmin idarənin rəis müavini Faiq Seyidov və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) nümayəndələri, İran tərəfindən isə Gömrük Administrasiyasının İnformasiya Texnologiyaları üzrə Baş direktoru xanım Hayede Bageripur, beynəlxalq əməkdaşlıq üzrə Baş direktor Hoseyn Kaxki, Tranzit Baş Direktoratlığının müavini Mostafa Ayəti, ikitərəfli əməkdaşlıq bölməsinin rəhbəri Əmir Həbibvənd və İran Ticarət Palatasının (ICCIMA), eləcə də Tehran Universitetinin Tətbiqi Sistemlər üzrə Tədqiqat İnstitutunun nümayəndələri iştirak edib.

Görüş zamanı iki ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində beynəlxalq avtomobil daşımalarına gömrük nəzarətinin elektron platformalar üzərindən kompüterləşdirilməsi imkanlarının genişləndirilməsi, eləcə də müasir elektron metodların tətbiqi ilə beynəlxalq daşımaların gömrük tənzimlənməsi məsələlərinə baxılıb, bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ikitərəfli icra planının hazırlanması nəzərdən keçirilib. Görüşdə "e-TIR Pilot" layihəsi üzrə müvafiq qanunverici çərçivənin, pilot layihədə iştirak edəcək gömrük orqanları və daşıyıcıların, eləcə də ilk pilot daşımaların başlanması üçün vaxt çərçivələrinin müəyyən edilməsi, texniki imkanların yaradılması, elektron sistemdən istifadə üzrə gömrük əməkdaşlarının hazırlığının təmin edilməsi üçün təlimlərin keçirilməsi məsələləri də müzakirə edilib.

Azərbaycan və İran gömrük orqanlarının nümayəndə heyətləri arasında bundan əvvəlki görüş ötən gün Azərbaycan Astarasında keçirilib.

Son xəbərlər

Orphus sistemi