Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib

Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib Görüş iki ölkə arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub
Biznes
8 Fevral , 2017 16:33
Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib

Bakı. 8 fevral. REPORT.AZ/ İranın Astara şəhərində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.

Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib. 

Məlumata görə, fevralın 7-də keçirilən görüş DGK və İranın Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.

İran tərəfini Gilan Vilayəti üzrə Gömrük İdarəsinin rəisi Məhəmməd Şahbazi, Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidiy və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Əmir Həbibvənd təmsil edib. Azərbaycan tərəfdən isə DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev, Komitənin Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev və Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev iştirak ediblər.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrə toxunulub, o cümlədən iqtisadi-ticari münasibətlərdən söhbət açılıb. Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib.

Sonra Azərbaycan və İran gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi məsələləri müzakirə edilib.

Görüş başa çatdıqdan sonra isə nümayəndə heyətləri İranın Astara gömrük-sərhəd keçid məntəqəsində mövcud vəziyyətlə tanış olublar.

Son xəbərlər

Orphus sistemi