AZPROMO: Azərbaycandan qeyri-neft məhsullarının ixracının artımı üçün Hindistan çox gözəl bazar ola bilər

AZPROMO: Azərbaycandan qeyri-neft məhsullarının ixracının artımı üçün Hindistan çox gözəl bazar ola bilər Azərbaycandan qeyri-neft məhsullarının ixracının artımı istiqamətində Hindistan çox gözəl bazar ola bilər.
Biznes
1 İyul , 2019 15:39
AZPROMO: Azərbaycandan qeyri-neft məhsullarının ixracının artımı üçün Hindistan çox gözəl bazar ola bilər

"Azərbaycandan qeyri-neft məhsullarının ixracının artımı istiqamətində Hindistan çox gözəl bazar ola bilər".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan və Hindistan arasında bu gün Bakıda keçirilən biznes-forumda çıxışı zamanı Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib. 

Y.Abdullayev iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyini vurğulayıb.

"Biznes-forum iki ölkənin şirkətlərinin bir-biri ilə görüşməsinə və müzakirələrin aparmasına imkan yaradacaq. Bu kimi forumların iki ölkə arasında mütəmadi keçirilməsini arzu edirik. Düşünürəm ki, qarşılıqlı investisiyaların həyata keçirilməsində addımlar atılmağa davam etdirilməlidir", - deyə Y.Abdullayev bildirib. 

Onun sözlərinə görə, bu forumda Azərbaycandan 60-a yaxın sahibkar, 30-a yaxın isə Hindistandan iş adamı iştirak edir.

Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq isə çıxışında qeyd edib ki, sentyabrda Ticarət Palatasının iştirakı ilə iki ölkə arasında tədbir keçiriləcək: "İki ölkə arasındakı 930 mln dollarlıq ticarət dövriyyəsinin 720 mln dolları Azərbaycanın Hindistana ixracının payına düşür. Biz iqtisadi münasibətlərin genişləndirilməsini istərdik. Bunun üçün Hindistan şirkətlərinin geniş imkanları mövcuddur".

Son xəbərlər

Orphus sistemi