Azərbaycan və Gürcüstan gömrük prosedurlarının sadələşdirilməsini müzakirə edib

Azərbaycan və Gürcüstan gömrük prosedurlarının sadələşdirilməsini müzakirə edib Azərbaycan Gürcüstanla həmin ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının əmək fəaliyyəti ilə məşğul olduqları müddətdə onlara təqaüdlərin hesablanması və gömrük prosedurlarının sadələşdirilməsi məsələlərini müzakirə edib.
Biznes
2 Oktyabr , 2023 13:05
Azərbaycan və Gürcüstan gömrük prosedurlarının sadələşdirilməsini müzakirə edib

Azərbaycan Gürcüstanla həmin ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının əmək fəaliyyəti ilə məşğul olduqları müddətdə onlara təqaüdlərin hesablanması və gömrük prosedurlarının sadələşdirilməsi məsələlərini müzakirə edib.

“Report” İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına istinadən xəbər verir ki, müzakirələr AZPROMO-nun təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrinin ilə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri arasında baş tutan onlayn görüş zamanı aparılıb.

Bildirilir ki, tədbir zamanı AZEBİ nümayəndələri tərəfindən müvafiq təkliflər irəli sürülüb. Bununla yanaşı sahibkarları maraqlandıran suallar cavablandırılıb, mövcud maneələrin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi