Azərbaycan və Çexiya birgə müəssisələr yarada bilər

Azərbaycan və Çexiya birgə müəssisələr yarada bilər Azərbaycanın yüksək iqtisadi potensialını nəzərə alaraq, Çexiya şirkətləri gələcəkdə birgə müəssisələrin yaradılmasında maraqlıdırlar.
Biznes
3 Noyabr , 2021 17:35
Azərbaycan və Çexiya birgə müəssisələr yarada bilər

Azərbaycanın yüksək iqtisadi potensialını nəzərə alaraq, Çexiya şirkətləri gələcəkdə birgə müəssisələrin yaradılmasında maraqlıdırlar.

Bu, “Report”un sorğusuna cavab olaraq Çexiyanın Sənaye və Ticarət Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, bu günə qədər Çexiya şirkətləri Azərbaycanda ümumi dəyəri on milyonlarla ABŞ dolları olan müxtəlif layihələrdə təchizatçı kimi uğurla iştirak ediblər: "Regional səviyyədə əməkdaşlıq da Azərbaycanın investisiya layihələri üzrə potensialını əks etdirir. Biz kiçik su elektrik stansiyaları üçün avadanlıqların, çirkab suların və kimyəvi maddələrlə çirklənmiş suyun təmizlənməsi, eləcə də çirklənmiş torpaqların təmizlənməsi layihələrinin icrasının mümkünlüyünü görürük. Çexiya şirkətləri qabaqcıl texnoloji həllər təklif etməyə hazırdır. Bu həllərin maraqlı, ilkin qiymətlərin rəqabətə davamlı olduğu aşkar edilərsə, bu sahədə əməkdaşlıq imkanı var”.

Son xəbərlər

Orphus sistemi