Azərbaycan və Braziliya arasında ticarət və investisiya sahəsində memorandum imzalanıb

Azərbaycan və Braziliya arasında ticarət və investisiya sahəsində memorandum imzalanıb Sənəd sözügedən sahələrdə əməkdaşlığı nəzərdə tutur
Biznes
15 Dekabr , 2016 01:18
Azərbaycan və Braziliya arasında ticarət və investisiya sahəsində memorandum imzalanıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Ötən gün Braziliya Xarici Əlaqələr Nazirliyinin binasında “Azərbaycan hökuməti ilə Braziliya hökuməti arasında ticarət və investisiya əməkdaşlığı üzrə anlaşma memorandumu”nun imzalanma mərasimi keçirilib.

Azərbaycanın bu ölkədəki səfirliyindən "Report"a verilən məlumata görə, sənəd səfir Elnur Sultanov ilə Braziliyanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Markos Qalvao tərəfindən imzalanıb.

Adıçəkilən anlaşma memorandumu iki ölkə arasında enerji, infrastruktur, kənd təsərrüfatı, innovasiya və turizm sahələrində əməkdaşlığı həmçinin, Birgə İşçi Qrupun yaradılmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi