Azərbaycan və AQEM “Dairəvi Yaşıl Turizm” layihəsi üzrə razılıq əldə edib

Azərbaycan və AQEM “Dairəvi Yaşıl Turizm” layihəsi üzrə razılıq əldə edib Dövlət Turizm Agentliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsi çərçivəsində 2025-ci il ərzində mütəmadi əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi barədə razılıq əldə edib
Biznes
17 Yanvar , 2025 15:25
Azərbaycan və AQEM “Dairəvi Yaşıl Turizm” layihəsi üzrə razılıq əldə edib

Dövlət Turizm Agentliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) ölkələrində “Dairəvi Yaşıl Turizm” layihəsi çərçivəsində 2025-ci il ərzində mütəmadi əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi barədə razılıq əldə edib.

"Report" agentliyə istinadən xəbər verir ki, qurumun sədri Fuad Nağıyevlə AQEM-in Baş katibi Kayrat Sarıbayla görüşüb.

Görüş zamanı AQEM Nazirlər Şurasının 7-ci iclasında Azərbaycanın 2024-2026-cı illər üzrə təhvil aldığı AQEM-ə sədrlik çərçivəsində turizm sahəsində mütəmadi əməkdaşlıq perspektivləri müzakirə olunub. Həmçinin, AQEM-un hazırladığı rəsmi konsepsiya sənədinin turizm bölməsinə Agentliyin təqdim etdiyi layihə təklifləri haqqında fikir mübadiləsi aparılıb.

K.Sarıbay ötən il Azərbaycanın ev sahibliyi ilə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Bundan əlavə, o, Azərbaycanın turizm potensialını AQEM-ə üzv dövlətlərə tanıtmaq məqsədilə həmin ölkələrin media nümayəndələri üçün Azərbaycana mediaturların təşkilində maraqlı olduqlarını bildirib.

AQEM 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülüb. Müşavirənin yaradılmasında əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal fəaliyyətin aparılmasıdır.

Son xəbərlər

Orphus sistemi