Azərbaycan və Albaniya arasında əməkdaşlıq memorandumu imzalanacaq

Azərbaycan və Albaniya arasında əməkdaşlıq memorandumu imzalanacaq Tiranada iki ölkə arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub
Biznes
8 Fevral , 2017 17:10
Azərbaycan və Albaniya arasında əməkdaşlıq memorandumu imzalanacaq

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Albaniyanın paytaxtı Tirana şəhərində işgüzar səfərdə olub. ASK-dan "Report"a daxil olan məlumata görə, M.Musayev səfər çərçivəsində Tirana Ticarət Palatasının (TTP) sədri Nikolin Jaka ilə görüşüb. Görüşdə iki ölkənin özəl sektoru arasında iqtisadi sahədə əlaqələrin mövcud vəziyyəti, ticarət əlaqələri, investisiya imkanları və gələcək əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib.

Görüş zamanı Azərbaycan iqtisadiyyatı, xüsusilə də özəl sektor haqqında ətraflı məlumat verən M.Musayev albaniyalı və azərbaycanlı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Görüşdə N.Jaka bildirib ki, Azərbaycanla iqtisadi əlaqələrin, xüsusilə də aqrar sahənin inkişafına xüsusi önəm verirlər. İki ölkənin iş adamları arasında əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını qeyd edən N.Jaka daha sonra rəhbərlik etdiyi Ticarət Palatası haqqında da geniş məlumat verib. Əsas fəaliyyət istiqamətləri sənaye, aqrar sahə və turizm olduğunu qeyd edən sədr ASK ilə də əməkdaşlığın daha geniş müstəvidə qurulmasında maraqlı olduqlarını dilə gətirib.

Görüşün sonunda ASK ilə TTP arasında gələcək əməkdaşlıq əlaqələrinin qurulmasına dair razılığa gəlinib. Yaxın gələcəkdə hər iki təşkilat arasında əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi