Azərbaycan tütün və onun sənaye əvəzedicilərinin ixracını 67 % azaldıb

Azərbaycan tütün və onun sənaye əvəzedicilərinin ixracını 67 % azaldıb Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,1%-nə bərabər olub
Biznes
17 Aprel , 2021 12:40
Azərbaycan tütün və onun sənaye əvəzedicilərinin ixracını 67 % azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 22,828 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,911 milyon dollar və yaxud 20,7 % çoxdur.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,9 %-ni təşkil edib.

I rübdə Azərbaycandan 1,031 milyon dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 2,246 milyon dollar və yaxud 68,5 % azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,1%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi