Azərbaycan tütün idxalını azaldıb

Azərbaycan tütün idxalını azaldıb Bakı. 23 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycana 47,962 mln. ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Biznes
23 İyun , 2018 10:46
Azərbaycan tütün idxalını azaldıb
google.az

Bakı. 23 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycana 47,962 mln. ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, bu, 2017-cı ilin eyni dövrü ilə müqayisədə 11,04 mln. dollar və yaxud 18,7% azdır. 

Beş ay ərzində tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 1,2%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 5,043 mln. dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 295 min dollar və yaxud 5,5% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,1%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi