Azərbaycan Türkiyədən mədən sənayesi məhsulunun idxalını oktyabrda azaldıb

Azərbaycan Türkiyədən mədən sənayesi məhsulunun idxalını oktyabrda azaldıb Bu ilin oktyabr ayında Türkiyə Azərbaycana 681 min ABŞ dolları dəyərində mədən sənayesu məhsulu ixrac edib.
Biznes
2 Noyabr , 2021 15:38
Azərbaycan Türkiyədən mədən sənayesi məhsulunun idxalını oktyabrda azaldıb
0 : 00
0 : 00

Bu ilin oktyabr ayında Türkiyə Azərbaycana 681 min ABŞ dolları dəyərində mədən sənayesu məhsulu ixrac edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,55% az, sentyabr ayına nisbətən isə 5,8% çoxdur.

Ötən ay Türkiyənin mədən sənayesi məhsulu ixrac etdiyi ölkələrin 3-lüyünə Çin (96 163 min dollar), Bolqarıstan (30 846 min dollar) və İspaniya (25 737 min dollar) daxil olub.

Bu ilin yanvar-oktyabr aylarında isə Türkiyənin Azərbaycana mədən sənayesi məhsulu ixracının dəyəri 6 383 min dollar təşkil edib. Bu isə illik müqayisədə 1,6% azdır.

Son xəbərlər

Orphus sistemi