Bu gün Türkiyədə 91-ci İzmir Beynəlxalq Sərgisi (IEF) işə başlayır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın 11-nə qədər davam edəcək sərgi çərçivəsində 8-ci İzmir İş Günləri keçirilib.
Bu tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və İqtisadiyyat Nazirliyinin tarif-qiymət siyasəti şöbəsinin Təhlil və tənzimləmə sektorunun müdiri Kənan Məmişov təmsil edib. Onlar tədbirə onlayn qoşulub.
İzmir İş Günlərinə Azərbaycanla yanaşı, Macarıstan, İndoneziya, Qırğızıstan, Meksika, Moldova, Fələstin, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Çili və İtaliyadan rəsmilər qatılıb.