Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunub

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunub Azərbaycanla Türkiyə arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub.
Biznes
29 Yanvar , 2025 17:34
Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunub

Azərbaycanla Türkiyə arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Ankaraya səfər çərçivəsində - Türkiyənin ticarət naziri Ömər Bolatla görüşdə baş tutub. Tərəflər Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsini, ticarət dövriyyəsinin artırılmasını, biznes vahidləri arasında əlaqələrin fəal dəstəklənməsini və investisiyaların təşviqi üzrə ortaq hədəflərə çatmaq üçün mövcud imkanları müzakirə edib.

Son xəbərlər

Orphus sistemi