“Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli biznes forumu keçirilməlidir”.
“Report”un yerli bürosu xəbər verir ki, bu təkliflə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Azərbaycan-Gürcüstan biznes forumunda çıxış edib.
Onun sözlərinə görə, Avropa İttifaqı da bu foruma qoşula bilər və dördtərəfli tədbir təşkil oluna bilər.
Səfir qeyd edib ki, onlar və Gürcüstanda türkiyəli iş adamlarının təmsil olundğu biznes asossiasiyaları bu biznes forumun təşkil edilməsinə dəstək verməyə hazırdır.
F.C.Yazqanın sözlərinə görə, 3 ölkənin şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi üçün böyük potensial var.
Təklifə münasibət bildirən Avropa İttifaqı - Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze deyib ki, Gürcüstan və Azərbaycan üçün Türkiyə iqtisadi sahə üzrə təcrübə mübadiləsində maraqlıdır. O, üçtərəfli biznes forumun keçirilməsi məsələsinin müzakirə olunduğunu deyib: "Ümid edirəm ki, gələn il üçtərəfli biznes forumu təşkil etmək mümkün olacaq".