Azərbaycan içki idxalını 45% azaldıb

Azərbaycan içki idxalını 45% azaldıb Bu il spirtli və spirtsiz içkilərin ixrac həcmi isə 8% azalıb
Biznes
18 İyun , 2016 13:56
Azərbaycan içki idxalını 45% azaldıb

Bakı. 18 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib. Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2016-cı ilin ilk 5 ayında 8 456,55 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 728,09 min dollar yaxud 7,92% azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,28%-ni təşkil edib.

Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 15 007,32 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 12 230,62 min dollar və ya 44,9% (1,8 dəfə) azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,45% təşkil edib.

Son xəbərlər

Orphus sistemi