Azərbaycan Slovakiya ilə qarşılıqlı investisiyaların təşviqi sazişi imzalayacaq

Azərbaycan Slovakiya ilə qarşılıqlı investisiyaların təşviqi sazişi imzalayacaq "Bu gün Azərbaycanla Slovakiya arasında imzalanan əməkdaşlıq haqqında saziş gələcək əməkdaşlığımızın inkişafına əhəmiyyətli təsir edəcək".
Biznes
19 Oktyabr , 2021 19:04
Azərbaycan Slovakiya ilə qarşılıqlı investisiyaların təşviqi sazişi imzalayacaq
Niyazi Səfərov

"Bu gün Azərbaycanla Slovakiya arasında imzalanan əməkdaşlıq haqqında saziş gələcək əməkdaşlığımızın inkişafına əhəmiyyətli təsir edəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Slovakiya biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sözügedən saziş sənaye, tikinti, nəqliyyat və logistika, investisiyaların təşviqi, energetika, mədən sənayesi, turizm, kiçik və orta sahibkarlıq subyektləri, kənd təsərrüfatı və meşəçilik, ətraf mühitin mühafizəsi və su ehtiyatlarının idarə edilməsi, telekommunikasiya və informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini əhatə edir:

"Bunun üçün bir sıra mexanizmlərin tətbiqi nəzərdə tutulur. Həmçinin, sazişdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupunun yaradılmasının təməli qoyulub. Hazırda tərəflər arasında "Sərmayələrin təşviqi və qarşılıqlı qorunması" barədə saziş müzakirə edilir. Biz bu sazişi imzalamaqla qarşılıqlı investisiyanın artırılmasını hədəfləyirik".

Son xəbərlər

Orphus sistemi