Azərbaycan şirkətlərinin nümayəndələri Moskva vilayətinə səfər edəcəklər

Azərbaycan şirkətlərinin nümayəndələri Moskva vilayətinə səfər edəcəklər Məhsulların, ətirlərin, geyimlərin, mebellərin və tikinti materiallarının distribusiyası üzrə ixtisaslaşan Azərbaycandan 10 şirkət nümayəndələri məhsul idxalı imkanlarını müzakirə etmək üçün Moskva vilayətinə səfər edəcəklər.
Biznes
14 Noyabr , 2019 11:27
Azərbaycan şirkətlərinin nümayəndələri Moskva vilayətinə səfər edəcəklər

Məhsulların, ətirlərin, geyimlərin, mebellərin və tikinti materiallarının distribusiyası üzrə ixtisaslaşan Azərbaycandan 10 şirkət nümayəndələri məhsul idxalı imkanlarını müzakirə etmək üçün Moskva vilayətinə səfər edəcəklər.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva vilayətinin İnvestisiya və İnnovasiya Nazirliyinin və Moskva vilayətinin Xarici İqtisadi Əməliyyatlara Dəstək Fondunun yardımı ilə həyata keçiriləcək səfər noyabrın 20-21-də baş tutacaq.

Qeyd olunur ki, “GREENSTREAM”, "ARCCONSTRUCTION", "Guzale", "MatanatA", “Aymar Company”, “AJArabia Enterprise”, "Riza-zadaNargiz", "SavvyBureau", "Farko" kimi böyük şirkətlərin nümayəndələri qida, kənd təsərrüfatı məhsullarının, tikinti qurğularının və alətlərinin, mebellərin, qablaşdırma məhsullarının, parfümeriya və kosmetik məhsulların, eləcə də qarğıdalı yarması, düyü unu və aromatizatorlar kimi istehsal üçün xammalların idxal imkanlarını müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi