Azərbaycan şirkətləri Süleymaniyədə beynəlxalq sərgidə iştirak edəcək

Azərbaycan şirkətləri Süleymaniyədə beynəlxalq sərgidə iştirak edəcək Beynəlxalq Sərgi avqustun 25-dən 30-a kimi 6 gün davam edəcək
Biznes
21 Avqust , 2021 12:53
Azərbaycan şirkətləri Süleymaniyədə beynəlxalq sərgidə iştirak edəcək

Azərbaycan 14 -cü DBX Süleymani Beynəlxalq Sərgisində iştitrak edəcək.

“Report” bu barədə "Xendan" saytına istinadən xəbər verir.

Məlumata görə, beynəlxalq sərgi Azərbaycanla yanaşı İran, Türkiyə, Misir, Fransa, İtaliya, Livan, İordaniya şirkətlərinin və İraq Sənaye Nazirliyinə bağlı şirkətlər, eləcə də bölgədə təmsil olunan Avropa və Amerika şirkətləri də iştirak edəcək. Ümumilikdə isə sərgidə 160 yerli və xarici şirkət iştirak edəcək.

Qeyd edək ki, 14 -cü DBX Süleymani Beynəlxalq Sərgisi avqustun 25-dən 30-a kimi 6 gün davam edəcək.

Sərgidə iştirak edən şirkətlər qida, inşaat sənayesi, avtomobil hissələri və aksessuarları, texnologiya, yuyucu vasitələr, sağlamlıq və gözəllik məhsulları, geyim, mətbuat və kitab, qablaşdırma, elektrik, məişət texnikası və s. kimi sektorlarda istehsal etdikləri məhsulları nümayiş etdirə biləcəklər.

Son xəbərlər

Orphus sistemi