Azərbaycan şirkəti Ukraynada asfalt zavodu tikmək istəyir

Azərbaycan şirkəti Ukraynada asfalt zavodu tikmək istəyir Tikinti və yol sektorunda ixtisaslaşmış "Alov" artıq zəruri razılığa nail olub
Biznes
1033
6 Fevral , 2017 12:54
Azərbaycan şirkəti Ukraynada asfalt zavodu tikmək istəyir

Bakı. 6 fevral.REPORT.AZ/ Azərbaycanın tikinti və yol sektorunda ixtisaslaşmış "Alov" şirkəti Ukraynaya sərmayə yatırmaq niyyətindədir. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycan şirkət Ukraynanın Lvov vilayətində asfalt istehsalı üzrə zavodun inşa olunmasına maraq göstərir.

Vilayətin nümayəndəsi bildirib ki, bu yaxınlarda "Alov"un rəhbərliyi ilə görüş keçirilib və yaxın vaxtlarda Lvovda yeni asfalt istehsal edən zavodun tikilməsi ilə bağlı razılıq əldə edilib.

"Belə bir zavod yolların təmiri ilə məşğul olan "Onur" (Türkiyə) və "Avtomagistral-Yuq"a (Odessa) rəqabət təşkil edəcək",- deyə o, əlavə edib.  

Son xəbərlər

Orphus sistemi