Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac etməyə hazırlaşır

Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac etməyə hazırlaşır Bakı. 19 dekabr. REPORT.AZ/ Zaqatala rayonunda fəaliyyət göstərən “Khan-El” MMC Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Haghanyat General Trading” şirkəti ilə Azərbaycandan bu ölkəyə fındıq ixracına dair müqavilə bağlayıb.
Biznes
894
19 Dekabr , 2018 10:30
Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac etməyə hazırlaşır

Bakı. 19 dekabr. REPORT.AZ/ Zaqatala rayonunda fəaliyyət göstərən “Khan-El” MMC Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Haghanyat General Trading” şirkəti ilə Azərbaycandan bu ölkəyə fındıq ixracına dair müqavilə bağlayıb.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, müqavilə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Körfəz ölkələrinə təşkil edilmiş növbəti ixrac missiyası çərçivəsində imzalanıb. Missiyaya boya, mebel, plastik boru, fitinq, toxuculuq məhsulları, nar şirəsi, fındıq, konserv məhsulları, çay, mineral su istehsalı, turizm və s. sahələrdə fəaliyyət göstərən 29 Azərbaycan şirkəti daxil olub. 

Son xəbərlər

Orphus sistemi