Azərbaycan şərabları mükafata layiq görülüb

Azərbaycan şərabları mükafata layiq görülüb Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycan şərabları Çinin Urumçi şəhərində keçirilən 6-cı Çin-Avrasiya Sərgisində mükafatlandırılıb.
Biznes
4 Sentyabr , 2018 12:10
Azərbaycan şərabları mükafata layiq görülüb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycan şərabları Çinin Urumçi şəhərində keçirilən 6-cı Çin-Avrasiya Sərgisində mükafatlandırılıb.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın qabaqcıl şərab istehsalçıları dünyanın nüfuzlu şərab şirkətlərinin iştirakı ilə keçirilən “İnternational Wine Challenge” müsabiqəsi çərçivəsində “Şanxay Beynəlxalq Şərab Yarışın”da iştirak ediblər. 

Müsabiqə qaydalarına uyğun olaraq, Azərbaycanın şərabları dequstasiyadan keçirilib və yüksək mükafata layiq görülüb.

Son xəbərlər

Orphus sistemi