Azərbaycan səfiri: "Belarusun regionları ilə əməkdaşlıqda maraqlıyıq"

Azərbaycan səfiri: "Belarusun regionları ilə əməkdaşlıqda maraqlıyıq" Azərbaycan Belarusun ayrı-ayrı regionları ilə əməkdaşlıqda maraqlıdır.
Biznes
5 May , 2022 16:53
Azərbaycan səfiri: Belarusun regionları ilə əməkdaşlıqda maraqlıyıq
Azərbaycan Belarus

Azərbaycan Belarusun ayrı-ayrı regionları ilə əməkdaşlıqda maraqlıdır.

“Report” “BelTA”-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev Brest Əyalət İcraiyyə Komitəsinin sədri Yuriy Şuleyko ilə görüşdə bildirib.

“Azərbaycan – Belarus münasibətləri prezidentlərimiz arasında yüksək etimada söykənir. Bunun bariz nümunəsi ölkələrimiz arasında ticarət dövriyyəsidir. 2020-ci ildə 425 milyon dollar həcmində olan bu göstəricini 2021-ci ildə 1 milyard dollara yaxınlaşdırmışıq” – deyən səfir Azərbaycanda böyük infrastruktur layihələrinin nəzərdə tutulduğunu xatırladıb: “Bizim üçün Belarusun təcrübəsi çox maraqlıdır. Ona görə də regionlara səfərimizi iqtisadi sahədən başlayır, şirkətlərlə münasibət qururuq”.

Y.Şuleyko isə qeyd edib ki, bu ilin I rübündə Brest əyalətilə Azərbaycanın ticarət dövriyəsi 50%-ə yaxın, Azərbaycana kənd texnikası tədarükü isə 15 dəfə artıb: “Amma Azərbaycana əsas ixracatımız ərzaqdır, xüsusilə də ağartı məhsulları”.

Son xəbərlər

Orphus sistemi