Azərbaycan sahibkarları sərgilərdə iştirak etməkdən nə qazanıb?

Azərbaycan sahibkarları sərgilərdə iştirak etməkdən nə qazanıb? İndiyə qədər Azərbaycanda 33 ölkəyə ixrac missiyası təşkil edilib. Bunun 9-u 2019-cu ilin payına düşüb və 7 ölkəni (Çin, Polşa, Latviya, Qətər, İsveçrə, Rusiya, BƏƏ) əhatə edib.
Biznes
2 Mart , 2020 11:38
Azərbaycan sahibkarları sərgilərdə iştirak etməkdən nə qazanıb?
google.az

İndiyə qədər Azərbaycanda 33 ölkəyə ixrac missiyası təşkil edilib. Bunun 9-u 2019-cu ilin payına düşüb və 7 ölkəni (Çin, Polşa, Latviya, Qətər, İsveçrə, Rusiya, BƏƏ) əhatə edib.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

Bundan başqa, onun sözlərinə görə, “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində 2016-2019-cu illər ərzində ölkəmiz 30 sərgidə iştirak edib: “O cümlədən ötən il 11 sərgidə iştirak etmişik. 2019-cu ildə vahid ölkə stendi mexanizmi çərçivəsində sahibkarlarımız 9,935 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb və 7,578 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi