Azərbaycan sahibkarları Aİ-nin Şərq Tərəfdaşlığı proqramının “İqtisadi inkişaf və bazar imkanları” Platformasının 18-ci iclasına dəvət olunub

Azərbaycan sahibkarları Aİ-nin Şərq Tərəfdaşlığı proqramının “İqtisadi inkişaf və bazar imkanları” Platformasının 18-ci iclasına dəvət olunub Bakı. 19 aprel. REPORT.AZ/ Aprelin 27-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramının “İqtisadi inkişaf və bazar imkanları” Platformasının 18-ci iclası keçiriləcək.
Biznes
19 Aprel , 2018 17:58
Azərbaycan sahibkarları Aİ-nin Şərq Tərəfdaşlığı proqramının “İqtisadi inkişaf və bazar imkanları” Platformasının 18-ci iclasına dəvət olunub

Bakı. 19 aprel. REPORT.AZ/ Aprelin 27-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramının “İqtisadi inkişaf və bazar imkanları” Platformasının 18-ci iclası keçiriləcək.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib. 

Məlumata görə, iclasda Aİ-nin və Şərq Tərəfdaşlığı ölkələrinin səlahiyyətli nümayəndələri ilə yanaşı həmin ölkələrdə fəaliyyət göstərən biznes dairələrinin nümayəndələrinin iştirakı da nəzərdə tutulur. Bununla əlaqədar, Azərbaycan sahibkarları tədbirə dəvət olunur. 

Son xəbərlər

Orphus sistemi