Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Rusiyanın Sənayeçilər və Sahibkarlar İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb.
"Report" xəbər verir ki, sənədə "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda Bakıda keçirilən tədbir çərçivəsində imza atılıb.
Memorandumu hər iki tərəfdən adı çəkilən qurumların prezidentləri - Məmməd Musayev və Aleksandr Şoxin imzalayıb.