"Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) qarşıya qoyduğu məqsədlərdən biri iş adamları arasında sorğular keçirərək onları narahat edən problemləri qruplaşdırmaq və həll yollarını axtarmaqdır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ASK-nın prezidenti Məmməd Musayev deyib.
Bundan başqa, onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Azərbaycanı "Douing Business" hesabatında sahibkarlara yaradılmış şərait üzrə 20 qabaqcıl ölkə sırasına çıxarmağı da hədəf götürüb.
"Qarşıda duran hədəflər həmçinin ölkənin qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi, bu yolda olan maneələrin aradan qaldırılmasıdır", - M.Musayev əlavə edib.