Bakı. 5 sentyabr. REPORT.AZ/ 2017-ci ildə Azərbaycandan Rusiyaya meyvə ixracı 20,9%, tərəvəz ixracı isə 58,4% artıb.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "AzərTac"a müsahibəsində bildirib.
O, həmçinin deyib ki, artım tendersiyası bu il də davam edir: "2018-ci ilin I yarısında Rusiyaya meyvə ixracında 70,6%, tərəvəz ixracında isə 10,3% artıma nail olunub".