Azərbaycan Rusiyaya ixrac zamanı sərhəddə növbələrin yaranmamasını müzakirə edib

Azərbaycan Rusiyaya ixrac zamanı sərhəddə növbələrin yaranmamasını müzakirə edib Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı zamanı sərhəddə nəqliyyat vasitələrinin növbələrinin yaranmaması iki ölkənin gömrük xidmətlərinin rəhbərliyi arasında müzakirə edilib.
Biznes
24 İyun , 2023 11:37
Azərbaycan Rusiyaya ixrac zamanı sərhəddə növbələrin yaranmamasını müzakirə edib

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı zamanı sərhəddə nəqliyyat vasitələrinin növbələrinin yaranmaması iki ölkənin gömrük xidmətlərinin rəhbərliyi arasında müzakirə edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, bu barədə müzakirələr DGK-nın sədri Şahin Bağırov və Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, rəhbər vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov arasında aparılıb.

Görüş Belçikanın Brüssel şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası çərçivəsində baş tutub.

Görüşdə həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə məsələlər də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi