Azərbaycan Rusiyanın Novosibirsk vilayətindən dondurma idxal edir

Azərbaycan Rusiyanın Novosibirsk vilayətindən dondurma idxal edir Bu il Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") ölkənin Novosibirsk vilayətindəki idarəsi 9 394 ton heyvan mənşəli məhsulun ixracına icazə verib.
Biznes
15 Sentyabr , 2021 15:13
Azərbaycan Rusiyanın Novosibirsk vilayətindən dondurma idxal edir

Bu il Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") ölkənin Novosibirsk vilayətindəki idarəsi 9 394 ton heyvan mənşəli məhsulun ixracına icazə verib.

“Report” bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.

Novosibirskdən ixrac olunan məhsulların alıcıları arasında Azərbaycan da var. Ölkəmizə əsasən dondurma idxal olunub. Həmin məhsul Azərbaycandan başqa, Özbəkistana və Vyetnama da göndərilib.

Son xəbərlər

Orphus sistemi