Azərbaycan Rusiyadan 25 ədəd izotermik maşın alıb

Azərbaycan Rusiyadan 25 ədəd izotermik maşın alıb Furqonların materialı atmosfer hadisələrinə və kəskin mühitlərə qarşı davamlıdır
Biznes
6 Aprel , 2018 08:54
Azərbaycan Rusiyadan 25 ədəd izotermik maşın alıb

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Rusiyadan "Mosdizaynmaş" şirkətinin istehsalı olan izotermik furqonlarla komplektləşdirilmiş 10 ədəd "Isuzu NQR 90LM" və 15 ədəd "Isuzu NPR 75LK" markalı avtomobil alıb.

“Report” xəbər verir ki, bu barədə soyuducu texnika istehsalçısı olan "Mosdizaynmaş" şirkətinin məlumatında bildirilir.

Yeni furqonlar çoxqatlı fiberqlasla gücləndirilmiş dayanıqlı plastikdən hazırlanıb. Qızdırıcı kimi ekstrudasiya olunmuş karbonlu penopolistiroldan istifadə olunub. Furqonların materialı atmosfer hadisələrinə və kəskin mühitlərə qarşı davamlıdır.

Son xəbərlər

Orphus sistemi