​Azərbaycan Rusiyadan 10 ədəd "MS-21" təyyarəsinin alınmasına dair müqaviləni 2017-ci ildə imzalaya bilər

​Azərbaycan Rusiyadan 10 ədəd "MS-21" təyyarəsinin alınmasına dair müqaviləni 2017-ci ildə imzalaya bilər Bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin məlumat verib
Biznes
8 Avqust , 2016 21:54
​Azərbaycan Rusiyadan 10 ədəd MS-21 təyyarəsinin alınmasına dair müqaviləni 2017-ci ildə imzalaya bilər

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Rusiyadan ən azı 10 ədəd "MS-21" tipli təyyarənin alınmasına dair müqaviləni 2017-ci ilin fevral ayında imzalaya bilər.

"Report" xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin məlumat verib.

"Azərbaycan Rusiyanın "MS-21" təyyarələrini almaqda maraqlıdır. Bu təyyarənin ilk uçuşundan sonra, biz planlaşdırırıq ki, bu, ya cari ilin sonunda, ya da 2017-ci ilin əvvəlində baş verəcək. Biz fevral ayında ən azı 10 "MS-21" təyyarəsinin satışına dair müqavilə imzalamaq niyyətindəyik", - deyə Roqozin Bakıda jurnalistlərə bildirib.

Son xəbərlər

Orphus sistemi