Azərbaycan-Rusiya sərhədində qarşılıqlı fəaliyyət haqqında saziş təsdiq edilib

Azərbaycan-Rusiya sərhədində qarşılıqlı fəaliyyət haqqında saziş təsdiq edilib Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan–Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrin
Biznes
30 Noyabr , 2023 15:05
Azərbaycan-Rusiya sərhədində qarşılıqlı fəaliyyət haqqında saziş təsdiq edilib
İlham Əliyev

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan–Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş”i təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərməlidir.

Son xəbərlər

Orphus sistemi