Azərbaycan rayonlarının investisiya reytinqi açıqlanıb

Azərbaycan rayonlarının investisiya reytinqi açıqlanıb İnvestisiya reytinqinqində Bakı şəhəri birinci olub
Biznes
19 Aprel , 2017 13:54
Azərbaycan rayonlarının investisiya reytinqi açıqlanıb

Bakı. 19 aprel. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilk dəfə olaraq Azərbaycanın inzibati rayonları üzrə 2017-ci ilin investisiya reytinqini təqdim edib. İnvestisiya reytinqi haqqında tədqiqatlar ölkənin əsas şəhər və rayonlarında aparılıb.

"Report"un Mərkəzə istinadən verdiyi xəbərə görə, araşdırmalar 62 şəhər və rayonun regional investisiya reytinqlərinə təsir edən amillərini əhatə edib. Bu araşdırmaların başlıca səbəbləri ixtisaslaşmış sahələrin identifikasiyası, nəticələrin təhlili, rəqabət qabiliyyətliyinin artırılması və regionlara investisiyanın cəlb olunmasıdır.

İnvestisiya reytinqinə görə, ən yüksək hədd Bakı şəhəri üzrə müəyyən olunub - 0,785%. Miqyas effektini nəzərə alaraq, paytaxtın I yerdə olması təbii haldır. 2017-ci il üzrə rayonların investisiya reytinqinə görə, ilk onluqda Naxçıvan, Mingəçevir, Sumqayit, Şirvan, Gəncə və Naftalan şəhərləri, Abşeron, İmişli və Culfa rayonları yer alıb.

Rayonların investisiya reytinqi ilə tam şəkildə aşağıdakı link vasitəsi ilə tanış olmaq mümkündür: http://iqtisadiislahat.org/store//media/documents/diger/Rayonlarin_Investisiya_Reytinqi.pdf.

Son xəbərlər

Orphus sistemi