Azərbaycan qlobal innovasiyalar reytinqində mövqeyini yaxşılaşdırıb

Azərbaycan qlobal innovasiyalar reytinqində mövqeyini yaxşılaşdırıb Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) hər il tərtib etdiyi qlobal innovasiyalar reytinqində Azərbaycanın mövqeyi yaxşılaşıb.
Biznes
110
20 Sentyabr , 2021 18:20
Azərbaycan qlobal innovasiyalar reytinqində mövqeyini yaxşılaşdırıb

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) hər il tərtib etdiyi qlobal innovasiyalar reytinqində Azərbaycanın mövqeyi yaxşılaşıb.

“Report” bu barədə WIPO-ya istinadən xəbər verir.

Bu gün İsveçrənin Cenevrə şəhərində dərc edilmiş 2021-ci il üzrə reytinqdə Azərbaycan 80-ci yerdə qərarlaşıb. 2020-ci ildə Azərbaycan bu reytinqdə 82-ci yeri tutmuşdu.

Reytinqdə ilk 3 pilləni isə İsveçrə, İsveç və ABŞ tutur.

Reytinq qlobal innovasiyalar indeksinə əsaslanır. İndeksdə insan kapitalı və araşdırmalar, infrastruktur, bazarın və biznesin inkişafı, biliklər və texnologiyalar, kreativlik kimi parametrlər nəzərə alınır.

Son xəbərlər

Orphus sistemi