Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfəri çərçivəsində işgüzar dairələrin nümayəndələri ilə görüşüb.
"Report" xəbər verir ki, bunu görüşdə iştirak etmiş iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının, biznes və investisiya sahəsində əlaqələrin gücləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb. Qırğızıstanın aidiyyəti qurumları ilə imzalanan sənədlər biznes tərəfdaşlığının genişləndirilməsi, qarşılıqlı investisiyaların, antiinhisar və azad rəqabət mühitinin təşviqi baxımından ölkələrimiz üçün faydalı olacaq", - deyə o, qeyd edib.
.