Azərbaycan qeyri-neft ixracının çeşidini genişləndirib

Azərbaycan qeyri-neft ixracının çeşidini genişləndirib Nazir müavini: "Qeyri-neft sektorunun ixracının artımını gələcəkdə də gözləyirik"
Biznes
5 İyul , 2016 13:20
Azərbaycan qeyri-neft ixracının çeşidini genişləndirib

Bakı. 5 iyul. REPORT.AZ/ "Azərbaycanın bu il xaricə ixrac etdiyi qeyri-neft sektoru məhsullarının çeşidi 28% artıb". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

"Gələcəkdə də qeyri-neft sektorunda istehsal edilən məhsulların ixracında artım gözlənilir. Azərbaycanın qeyri-neft sənayesində inkişaf göstəriciləri müsbətdir. Qeyri-neft sektorunun ixracının artımını biz gələcəkdə də gözləyirik. Bundan başqa, sənayemiz istehlak olunan malların da daxildə istehsalına yönəlib. Hansı ki, Azərbaycana valyutaya qənaət etmək imkanı yaradacaq. Eyni zamanda ölkədə idxaldan asılılıq biraz da azalacaq”, - deyə S.Həsənova vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi