Azərbaycan Qətərə ixracı artırır

Azərbaycan Qətərə ixracı artırır Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan məhsulları oktyabrın 8-10-da Qətərin paytaxtı Dohada keçirilmiş “Birinci Beynəlxalq Məhsullar” sərgisində təqdim olunub.
Biznes
11 Oktyabr , 2018 15:32
Azərbaycan Qətərə ixracı artırır
0 : 00
0 : 00

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan məhsulları oktyabrın 8-10-da Qətərin paytaxtı Dohada keçirilmiş “Birinci Beynəlxalq Məhsullar” sərgisində təqdim olunub. 

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, 18 Azərbaycan şirkətinin məhsullarının nümayiş olunduğu stendlər xarici şirkətlərin və ziyarətçilərin böyük marağına səbəb olub, ərzaq məhsulları və boya ixracına dair razılaşmalar əldə olunub. Azərbaycanın dizayn şirkətlərindən biri isə Qətər şirkətlərinin inzibati binalarında və şəxsi mənzillərdə dizayn xidmətlərinin həyata keçirilməsinə dair sifarişlər alıb. Qətər dövlətinin Memarlar İttifaqı şirkətə üzvlük təklif edib. 

Qeyd edək ki, qida, toxuculuq, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri “Birinci Beynəlxalq məhsullar” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Qətərdəki səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə fərdi qaydada iştirak edib.

Son xəbərlər

Orphus sistemi